VMH partiyasının üzvləri saxlanılıb-Açıqlama

Cəmiyyət Manshet

Bu gün Gürcüstanda müxalifətçilərlə polislər arasında qarşıdurma olub.

Nsa.ge bildirir ki, Daxili işlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb.

Məlumatda qeyd edilir ki,   xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmadıqlarına görə, Zuqdiddə “ Vahid Milli Hərəkat “- ın nümayəndələri nəzarətə alınıb.

Belə ki,  Gürcüstanın inzibati xətalar məcəlləsinin  166-cı və 173- cü maddəsilə cinayət törətmə faktı  üzrə 3 şəxs saxlanılıb.

Xatırladaq kio, Zuqdid bələdiyyəsinin Narazen kəndində VHM nümayəndələri Sameqrelo – Yuxarı Svanetinin polis əməkdaşlarını avtomobillə hərkət etməsinə icazə verməyib və  onları təhqir ediblər.

Həmin şəxslər polislərin qanuni tələblərinə tabe olmadıqlarına görə, hüquqmühafizəçilər  tərəfindən saxlanılaraq  polis məntəqəsinə aparılıb.

Onu da bilidrək ki,  insidentdə iştirak edənlərdən biri VHM partiyasının mətbuat xidmətinin nümayəndəsinin imzası əsasında polis şöbəsini tərk edib.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir