Gürcüstanda qəza oldu, işıqlar söndü

Cəmiyyət Manshet

Gürcüstanın bəzi regionlarında elektrik enerjisinin verilişində problemlər yaranıb.

Nsa.ge bildirir ki,  bu barədə Gürcüstan Dövlət Elektrosistemi rəsmi Facebook səhifəsində məlumat paylaşıb.

Qeyd edilir ki, “İmereti” elektrik ötürücü xəttində yaranan problem səbəbindən ölkənin bir neçə regionunda enerji təchizatı azaldılıb.

Bu gün saat 18:11-də 500kv elektrik ötürücüsü “İmereti” qəzalı vəziyyətdə söndü. Bu səbəbdən də ölkənin bir neçə bölgəsində elektrik enerjisinin çatdırılması dayandı. Hal- hazırda yaranan problemin həlli istiqamətində çalışmalar davam edir. Bu barədə məlumatı Gürcüstanın dövlət elektrik sistemi facebook sosial şəbəkəsində yayıb

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir