Gürcüstanda qadın iki körpəsi ilə birlikdə dəm qazından boğulub

Manshet Cəmiyyət

Gürcüstanda bir ailənin üç üzvü bədbəxt hadisə nəticəsində ölüb.

Nsa.ge xəbər verir ki,  Gürcüstanın Zestafoni rayonunda ana və iki körpəsi mənzildə dəm qazından boğulub. Körpələrin 2 və 4 yaşlarında olduğu bildirilir. Hadisə ötən gecə baş versə də, qohumlarıbu gün xəbər tutublar.  

Faktla bağlı araşdırma aparılır.