Gürcüstanda qardaş qardaşı qətlə yetirib

Manshet Cəmiyyət

Gürcüstanın Zuqdidi rayonunun Cumi kəndində ötən gecə qardaş qardaşı qətlə yetirib. .

Nsa.ge xəbər verir ki, bu barədə yerli “Odişi” telekanalı məlumat yayıb.

Belə ki, jurnalistlərə danışan yerli sakinlər qardaşların Abxaziyadan qaçqın olduqlarını bildiriblər. Onlardan biri bu yaxınlarda Almaniyadan Gürcüstana qayıdıb. Mübahisənin səbəbi nədir, bilmirlər.

Məlumata əsasən, hadisənin qəbiristanlıqda baş verdiyi və elə oradaca qardaşların mübahisə etdiyi bildirilir.

Qətli törədən 1983-cü il təvəllüdlü şəxs qəsdən adamöldürmə faktı üzrə “isti izlər”lə saxlanılıb. O, günahını etiraf edib.