Gürcüstanda soğanın qiyməti bahalaşdı

Manshet Cəmiyyət İqtisadiyyat

Ötən həftə Gürcüstanda soğanın qiyməti 16%, ümumi aprel ayı ərzində isə 36% artıb.

Nsa.ge məlumat verir ki, bu barədə EAST FRUİT- in bazar göstəricilərində qeyd edilib.

Ekspertlərin dəyərləndirməsinə görə, ötən həftə soğanın qiyməti Gürcüstanda da qalxıb.

Qeyd edək ki, bu bahalaşmada lider ölkə Ukraynadır və orada soğanın qiyməti 30% artıb. Belə ki, 1 kq- 82 sent olub. Ukraynadan sonra 2- ci yerdə Polşa durur. Burada isə keçən həftə soğanın qiyməti 10% qalxıb. Belə ki,məhsulun 1 kiloqramı 70 sent olub.

Hər iki ölkədə soğanın idxalının artmasına baxmayaraq , məhsulun keyfiyyəti azalıb, qiymətlərdə isə artım müşahidə olunur.


Gürcüstana gəldikdə isə, burada bu məhsulun qiyməti keçən həftə 16% artıb və 1 kq- 56 sentdir. Aprelin göstəricilərinə nəzər yetirsək görərik ki, soğanın qiyməti 36 % qalxıb.

NSA.GE