Gürcüstanda Stalinin villası satışa çıxarılıb – Qiyməti?

Cəmiyyət

Gürcüstanın Milli Dövlət Mülkiyyəti Agentliyi 5 kurort-sanatoriya zonasını satışa çıxarıb.

Nsa.ge xəbər verir ki, agentlik özəlləşdirmənin səbəbinin həmin zonalarda yeni hotel tikilməsinə təşviq etmək olduğunu bildirib.

Zonalar arasında Stalinin villasının da olduğu qeyd olunub. Villanın ilkin satış qiyməti açıqlanmasa da, 5 sanatoriyanın ümumi satış məbləğinin 21 milyon lari olduğu açıqlanıb.

Qiymətlərin tələbə uyğun olaraq dəyişə biləcəyi də istisna edilməyib.