Gürcüstanda toy karvanında qəza- 8 nəfər xəsarət aldı

Cəmiyyət Manshet

Gürcüstanın Xaşuri-Borjomi yolunda toy karvanında olan iki avtomobil bir-biri ilə toqquşub.

Nsa.ge bildrir ki, avtoqəza nəticəsində 8 nəfər xəsarət alıb.

Yaralıların 6-sı Xaşuri Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların əksəriyyəti 18 yaşa qədər olan şəxslərdir.

Hadisə ilə bağlı Gürcüstanın Cinayət Məcəlləsinin 276 maddəsinin 2-ci hissəsi ilə istintaq başlayıb. Qeyd edək ki, bu maddə avtomobilin nəqliyyat və ya əməliyyat qaydalarının pozulması və insanların sağlamlığına ziyan vurulmasını nəzərdə tutur.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir