Gürcüstanda turistlərin olduğu avtomobil yandı

Cəmiyyət Manshet

Qori şəhəri yaxınlığında Tbilisi-Senaki-Leselidze şossesində içərisində turistlər olan avtomobil yanıb.

Nsa.ge-nin məlumatına görə, bu barədə Gürcüstanın Birinci kanalı xəbər verib.

İnsident nəticəsində xəsarət alan olmasa da, avtomobil yararsız hala düşüb. Turistlərin Hindistandan olduğu bildirilib.

Hadisə yerinə yanğınsöndürən cəlb olunub.