Gürcüstanda Türkiyə vətəndaşı saxlanılıb

Cəmiyyət

Gürcüstana saxta pul keçirməyə çalışan Türkiyə vətəndaşı saxlanılıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qurumun əməkdaşlarının apardığı operativ araşdırma nəticəsində Gürcüstana 6 ədəd saxta 500 avroluq əskinas daxil edən və satışa çıxaran Türkiyə vətəndaşı saxlanılıb.

Faktla balı cinayət işi açılıb. Saxlanılan şəxsi 4 ildən 7 ilədək həbs gözləyir.