Gürcüstanda tütün istehsalı ilə bağlı yeni qaydalar təsdiqlənib

Cəmiyyət Manshet

Gürcüstan mayın 1-dən tütün biznesi üçün yeni öhdəliklər tətbiq edəcək.

Nsa.ge-nin məlumatına görə, bu barədə Tütün Nəzarəti Alyansının sədri Qiorqi Baxturidze “ Palitra “ radiosunda açıqlamasında bildirib.

Baxturidze  tütünün realizasiyası məsələsinə də toxunub.

Onun sözlərinə  görə, bu məhsulun realizasiyası  qanun pozuntusu ilə nəticələnir.  Belə ki,  tütün biznesinə görə aksiz ödənilmir və buna görə də,  bağlama  və markir qaydaları pozulur.

O,  həmçinin  mayın 1-dən qüvvədə olacaq  biznesin yeni öhdəliklərindən də danışıb:

“Mayın 1- dən etibarən tütün, elektro-siqaretlər və ya istənilən digər  tütün məhsulu  ticarət şəbəkəsinə  çıxarılmamışdan 3 ay qabaq  Səhiyyə Nazirliyinə  tütün istehsalının tərkibi və onun kimyəvi qatqıları haqqında  bütün məlumatlar  təqdim edilməlidir. İstehsalçı bu tələbi tam  və heç yerinə yetirmədiyi  təqdirdə  isə ona cərimə tətbiq olunacaq”.

Xatırladaq ki,  Səhiyyə Komitetinin sədri Akaki Zoidze  ötən ay  qanunvericilikdə mövcud olan məhdudiyyətlər  haqqında danışıb. 

Onun sözlərinə görə,  filtrsiz və filtrli  siqaretlərin qiymətlərində artım müşahidə olunduqdan sonra  vətəndaşlar siqaretdən istifadəni azlatmaq əvəzinə, ucuz tütün məhsullarını almağa başlayıb.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir