Gürcüstanda tütün məmulatlarından asılılığı azaldan dərmanlar vergidən azad edilir

Cəmiyyət Manshet

Gürcüstanda tütün məmulatlarından asılılığın müalicəsi üçün istifadə edilən tibbi vasitələr əlavə dəyər vergisindən və idxal rüsumundan azad ediləcək.

Nsa.ge xəbər verir ki, Gürcüstan parlamentinin Səhiyyə komitəsinin hakim Gürcü Arzusu Partiyasından olan deputatların təşəbbüsü ilə hazırladığı qanun layihəsi parlamentin iyunun 3-də keçiriləcək iclasda müzakirəyə çıxarılacaq.

Layihənin məqsədinin tütün məmulatlarından asılılığın müalicəsinə əhalinin çıxış imkanlarını artırmaq olduğu bildirilir.

NSA.GE