Gürcüstanda üç ayda baş verən yol qəzalarının statistikası

Cəmiyyət Manshet

2019-cu ilin ikinci rübündə (aprel, may və iyun) Gürcüstan daxilində 1427 yol qəzası baş verib. Qəza nəticəsində 108 nəfər ölmüş, 1929 nəfər xəsarət almışdır.

Nsa.ge xəbər verir ki, bu barədə statistikanı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yol qəzalarının ehtimal olunan səbəbləri arasında qarşı tərəfin hərəkət xəttinə çıxmaq, ötmə qaydalarını pozmaq, sürət həddini aşması, sərxoş vəziyyətdə avtomobili idarə etmək və məsafəni qorumamaq halları çoxdur.

Qəzaya düşənlərin əksəriyyəti – 850 minik avtomobili, 58 – motosiklet və 58 – yük maşını olub. İkinci rübdə motosiklet qəzası nəticəsində üç nəfər ölüb.

Qeyd edək ki, 2018-ci ilin eyni dövründə Gürcüstanda 1302 qəza baş vermiş, nəticədə 116 nəfər ölmüş, 1779 nəfər yaralanmışdır.