Gürcüstanda üç yaşayış evi yanıb

Manshet Cəmiyyət

Gürcüstanın Adigeni rayonunun Vale kəndində üç yaşayış evində yanğın qeydə alınıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Bildirilib ki, evlərdən birində başlayan yanğın qısa müddətdə qonşuluqdakı digər iki evə də keçib. Yanğının söndürülməsinə 6 yanğınsöndürmə maşını və 30 yanğınsöndürən cəlb edilib.

Yanğının səbəbi məlum deyil.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.