Gürcüstanda xarici ölkə vətəndaşları rəhbər vəzifələrə gətirilir

Cəmiyyət Manshet

Fransa, Finlandiya, Böyük Britaniya vətəndaşları Gürcüstanın Pensiya Agentliyinin Sərmayə Şurasının rəhbər vəzifələrinə gətirilir. 

Nsa.ge xəbər verir ki, agentliyin direktoru Levan Surquladze artıq xüsusi komissiya üçün namizədləri seçib və təsdiqlənməsi üçün parlamentə təqdim edib.

Onların kimliyinin yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağı bildirilib.

“Onlar işinin peşəkarlarıdır və yüksək bacarığa malikdirlər. Avropada pensiya fondlarında rəhbər vəzifələrdə çalışıblar “, – deyə Levan Surguladze bildirib.

NSA.GE