Gürcüstanda yeni doğulan uşaq və anası xəstəxanada həyatlarını itiriblər

Manshet Cəmiyyət

Xaşuri Referal Xəstəxanasında 40 yaşlı qadın və yeni doğulan uşağı həyatını itirib.

Nsa.ge-nin məlumatına görə, qadın xəstəxanaya dünən saat 10-da aparılmışdı.

Ölən qadının yaxınları günahın həkimimdə olduğunu bildirilər. Onların sözlərinə görə, başdan bəri keysar əməliyyatını tələb edirdilər.

Xaşuri Referal Klinikasından Gürcüstanın Birinci Kanalına verilən məlumata görə, klinikanın qərarı ilə, doğum əməliyyatını edən həkimin fəaliyyət haqqı dayandırılıb.

Klinikanın rəhbəri Kaxa Xeladze həkim tərəfindən buraxılan səhvdən bəhs edir.

“Faciəli fakt baş verdi. Daxili yoxlanışdan başqa, məsələyə Səhiyyə Nazirliyinin requlyasiya xidməti də qoşulub. Müəyyən mərhələdə səhvə yol verildiyi ehtimal olunur. Hazırda klinika əməliyyat edən həkimin fəaliyyət haqqını dayandırıb. Ölüm faktının dəqiq səbəbini istintaq müəyyən edəcək” – dedi Kaxa Xeladze.

Qeyd edək ki, ölən qadın dörd uşaq anası idi.