Gürcüstanda yüksək vəzifəli məmur rüşvət aldığına görə saxlanılıb

Cəmiyyət Manshet

Gürcüstanın Milli Qida Agentliyinin Acarıstan Muxtar Respublikası üzrə regional bölməsinin rəhbəri rüşvətalma faktına görə saxlanılıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, İlia S. biznesmendən mal-qaranın xaricə ixrac olunması məqsədi ilə veterinar sertifikat üçün 3 300 lari (1 178 dollar) məbləğində rüşvət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin rüşvətalma maddəsi ilə cinayət işi başlnılıb, istintaq aparılır. Saxlanılan şəxsi 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.