Gürcüstanda zəlzələ baş verib

Cəmiyyət Manshet

Gürcüstanda 3,7 bal gücündə zəlzələ baş verib.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri və Milli Seysmoloji Monitorinq Mərkəzi  məlumat yayıb.

Bildirilib ki, zəlzələ ocağı Onidən 5 km cənub-şərqdə, Badjixevi kəndi yaxınlığında qeydə alınıb.

Dağıntı barədə məlumat yoxdur.