Gürcüstandakı rusiyalılar qayıtmaq istəmirlər

Cəmiyyət Manshet

Gürcüstanda yaşayan rusiyalılar Rusiya prezidenti Vladimir Putinin onların ölkəyə qaytarılmasına dair imzaladığı sərəncama münasibət bildiriblər.

Nsa.ge “RBK” dərgisinə istinadən xəbər verir ki, rusiyalıların sözlərinə görə, onlar burada özlərini təhlükəsiz hiss edir və geri qayıtmaq istəmirlər.   

“Kiminsə məni buradan Rusiyaya təxliyyə etməsi məsələsi məni sevindirmədi. Biznesimdən əlavə, bütün həyatım buradadır. Bu, mənim qətiyyən xoşuma gəlmir”, – Tbilisidə yaşayan rusiyalı qadın deyib.  

Rusiya vətəndaşları qeyd edir ki, yerli sakinlər, öz radikal baxışlarına baxmayaraq, onlara anlayış və qonaqpərvərliklə yanaşır. Bundan başqa, etiraz aksiyaları Tbilisinin mərkəzindədir, şəhərin qalanı isə əvvəlki kimi yaşamağa davam edir.