Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən siqaretlər aşkarlanıb

Cəmiyyət Dünya

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gedən Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ-21099” markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Nsa.ge Report-a istinadən xəbər verir ki, bu barədə DGK-dan məlumat verilib.

Sorğu-sual zamanı Azərbaycan vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı avtomobilin salonunda və yük yerində gizlədilən “King” markalı 2 960 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

NSA.GE