Gürcüstandan Azərbaycana və Türkiyəyə səfər edən turistlərin sayı açıqlanıb

Cəmiyyət Manshet

2019-cu ilin birinci rübündə Gürcüstandan Azərbaycana 112 100 turist səfər edib. 

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Ofisinin hesabatında bildirilib.  

Qeyd olunub ki, cari ilin ilk rübündə Gürcüstandan ümumilikdə 484 800 turist xaricə səfər edib ki, bunun da 22,6 faizi Azərbaycanın payına düşüb.

2019-cu ilin ilk rübündə Gürcüstan vətəndaşlarının ən çox səfər etdiyi ölkə isə Türkiyə olub.  Bu ölkəyə səfər edənlərin sayı 191 900 nəfər olub ki, bu da ümumi səfərlərin 38,7 faizinə bərabərdir.

2019-cu ilin ilk rübündə Gürcüstan vətəndaşları xarici səfərlərə 359,3 milyon lari xərcləyib. Orta hesabla hər turistin xərclədiyi məbləğ isə 741 lari olub.

NSA.GE