Gürcüstandan xarici ölkələrə mühacirət edənlərin sayı artıb – Statistika

Cəmiyyət Manshet

2018-ci ildə Gürcüstandan xarici ölkələrə mühacirət edənlərin sayı 98 935 nəfər təşkil edib.

Nsa.ge xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə ölkəni tərk edənlərin sayı 15,8% artıb.

Ötən il Gürcüstana mühacir edənlərin sayı isə 88 152 nəfər təşkil edib. İmmiqrantların sayında illik müqayisədə 5,9% artım qeydə alınıb.

Hesabat dövründə ölkədən mühacirət edənlərin 86,6%-ni, immiqrantların isə 84,5%-ni əmək qabiliyyətli yaşda (15-64 yaş qrupu) olan şəxslər təşkil edib. 

NSA.GE

Mənbə: Report