Gürcüstanın Baş Nazirinin istefası tələbi ilə aksiya keçirilib

Manshet Cəmiyyət

“Ölkənin xidmətində” adlı hərəkat, Tbilisidə İpək Yolu Forumunun keçirildiyi ərazidə etiraz aksiyası keçirib.

Nsa.ge xəbər verir ki, aksiya iştirakçıları Gürcüstanın Baş Naziri Giorgi Qaxarianın istefasını tələb ediblər.

Etirazçılar Baş Nazirin iyunun 20-21-də Tbilisidə parlamentin binası qarşısında baş verən polis-vətəndaş qarşıdurmasına görə məsuliyyət daşıdığını bildiriblər.

“Biz Giorgi Qaxariaya söz verdik ki, 20 iyun hadisələrini ona bağışlamayacağıq və olduğu hər yerdə, ona diskomfort yaradacağıq. Biz istəyirik ki, forumda iştirak edən qonaqlar bilsinlər ki, iqtidarımız Rusiya tərəfdarıdır” – deyib aksiya iştirakçılarından biri Tamta Qoqoladze deyib.

Qeyd edək ki, aksiyanın keçirildiyi vaxtda Baş Nazir G. Qaxaria forumda çıxış edib.