Gürcüstanın Birinci kanalına kiber hücum olub

Cəmiyyət

Gürcüstanın Birinci kanalının serverinə kiber hücumu olub.

Nsa.ge xəbər verir ki, bu barədə teleşirkət xəbər yayıb.

Kiber hücumu nəticəsində bu gün yayımçının şəbəkəsinə virus yayılıb. Virus Birinci kanalın serverində vacib faylları şifrələyib və pozub.

Digər serverlərdə virusun qarşısını almaq mümkün olub.

Faktla bağlı Birinci kanal Daxili İşlər Nazirliyinə məlumat verib.