Gürcüstanın cənubunda bir kişi həmkəndlilərinə hücum edib – iki nəfər yaralanıb

Manshet Cəmiyyət

Axalçixe bələdiyyəsinin sakini balta ilə qonşularına hücum edib, nəticədə iki nəfər yaralanıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən “Imedi” telekanalı məlumat yayıb.

Hadisə Anda kəndində baş verib. Hücum zamanı 56 və 64 yaşlı iki nəfər yaralanıb. Onlardan biri başınının kənarından balta zərbəsi alıb, digəri isə arxasından.

Yaralılar Axalçixe xəstəxanasına aparılıb. Onlardan birinin vəziyyəti ağırdır. Güman ki, yaxın gələcəkdə o, Tbilisidəki klinikalardan birinə köçürüləcək.

Hadisəyə səbəb münaqişə olub, həlləlik münaqişənin səbəbi məlum deyil.

Polis hadisəni törədən 1977 təvəllüdlü T.İ. saxlayıb.

Faktla bağlı istintaq başlanılıb. İstintaq “iki insanın öldürülməsinə cəhd” maddəsi ilə aparılır. Təqsirləndirilən şəxs 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzasına məhkum edilə bilər.