Gürcüstanın Dmanisi rayonunda zəlzələ baş verdi

Manshet Cəmiyyət

Gürcüstanda yerli vaxtla saat 20:28-də zəlzələ baş verib.

Nsa.ge xəbər verir ki, 3,6 bal gücündəki zəlzələnin episentri Dmanisi rayonunun 13 kilometrliyində yerləşən Sogutulo kəndində qeyd alınıb.

Zəlzələ nəticəsində dağıntı və ya tələfat barədə məlumat yoxdur.

NSA.GE