Gürcüstanın neft anbarında güclü yanğın – FOTO

Cəmiyyət Manshet

Gürcüstanın İmereti bölgəsində yerləşən Samtredia şəhərində neft anbarında güclü yanğın baş verib.

Nsa.ge xəbər verir ki, bu haqda Gürcüstanın Fövqəladə Hallar Nazirliyi xəbər yayıb.

Məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğın yerinə 14 yanğın söndürmə-xilasetmə qrupu cəlb edilib.

Hazırda yanğın lokallaşdırılıb.