Gürcüstanın sabiq müdafiə naziri telekanal açır

Cəmiyyət Manshet

Gürcüstanın sabiq müdafiə naziri Davit Kezeraşvili yeni televiziya kanalı açacaq.

Nsa.ge xəbər verir ki, bu barədə sabiq nazir özünün sosial media hesabında məlumat verib.

O bildirib ki, baş verən hadisələr onu Gürcüstanın ictimai-siyasi həyatına yeni telekanal açaraq qoşulmağa vadar edib.

“Yeni televiziya kanalı heç bir partiyanı, maraq dairəsini və ya elit təbəqəni dəstəkləməyəcək. O bütün cəmiyyəti, fikir azadlığını və ölkənin inkişafını dəstəkləyəcək. Telekanal ən ali tərəfsiz və azad media prinsiplərinə sadiq qalacaq”, – deyə  D.Kezeriaşvili bildirib.

Qeyd edək ki, D. Kezeriaşvili 2006-2008-ci illərdə Gürcüstanın müdafiə naziri vəzifəsini icra edib.