Həbs edilən hərəkat lideri sərbəst buraxılıb

Cəmiyyət

Gürcüstanın müxalif  “Qalib Gürcüstan” siyasi hərəkatının  liderlərindən olan Quram Çalaqaşvilinin  məhkəmə iclası təxirə salınıb və  o, sərbəst buraxılıb.

Nsa.ge xəbər verir ki, məhkəmə  bu qərarını Daxili İşlər Nazirliyi tərəfindən dəlillərin tam təqdim edilməməsi ilə əlaqələndirib. 

Proses oktyabrın 8-də Tbilisi Şəhər Məhkəməsində davam edəcək.