Həbs olunan aksiya iştirakçının atası özünə xəsarət yetirib

Cəmiyyət

Zuqdiddə Sameqrelo- Yuxarı Svaneti prokurorluğu qarşısında aksiya zamanı həbs olunan gəncin atası özünə xəsarət yetirib.

Nsa.ge İPN-ə istinadən xəbər verir ki, hazırda ona tibbi yardım göstərilir.

Qeyd edək ki, aksiyanı Sameqrelo- Yuxarı Svanetinin kaxati kəndinin əhalisinin bir hissəsi keçirir və onlar 22 yaşlı Miro Markelianinin azadlığa buraxılmasını tələb edirlər.

Aksiya iştirakçılarının açıqlamalarına görə, Markelia günahsızdır. Onların bildirdiklərinə görə, qonşular arasında dava olub və buna görə də Markelianı həbs ediblər. O, 5 ildən 8 ildək azadlıqdan məhrum edilə bilər.

Onlar prokurorluqdan düzgün istintaq tələb edirlər.

NSA.GE