Hərbçiləri daşıyan mikroavtobus qəzaya düşüb, çoxlu sayıda hərbçi xəsarət alıb

Manshet Cəmiyyət

Batumi şəhərində hərbçiləri daşıyan mikroavtobus qəzaya düşüb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, qəza nəticəsində 14 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi açılıb.