Hüquq mühafizəçiləri vətəndaşı DİN müavinin gözü qabağında döyüb

Cəmiyyət Manshet

Məlumat verdiyimiz kimi, Pankisi dairəsində polislə yerli əhali arasında qarşıdurma baş verib. Qarşıdurmada xəsarət alanlar da olub.

Zərərçəkənlərdən biri Netgazet-ə açıqlamasında qeyd edib ki, onu xüsusi təyinatlı daxili işlər nazirinin müavinin gözü qabağında döyüb.

Göz nahiyəsindən xəsarət alan David Çinçalaşvili deyir ki, xüsusi təyinatlılar onu DİN müavini Kaxaber Sabanidzenin gözü qarşısında döyüblər.

Pankisi sakini iddia edir ki, o qarşı tərəfə daş atmayıb , onlara qarşı çıxmayıb . Buna baxmayaraq polislər ona rezin güllələr atıblar.

“Sabanadze orada idi. Hadisə yerində xüsusi təyinatlı məni döyən zaman o da mənimlə danışırdı.Xüsusi təyinatlılar yuxarıdan güllələr, aşağdan isə daşlar atırdılar. Mən polislər tərəfə nə etdiklərini soruşmaq üçün getdim. Əhaliyə də sakitləşsinlər deyə əlimlə işarə etdim. Amma bunları nəzərə alamayan xüsusi təyinatlılar mənə güllə atdılar”.

Qeyd edək ki, təcili tibbi yardım briqadası Çinçalaşvilini Telavi xəstəxanasına yerləşdiriblər.

Xatırladaq ki, bu gün polis və yerlilər arasında Pankisi dərəsində qarşıdurma baş verib. Belə ki, əhali Pankisidə hesin tikintisinə etiraz edib. .

Qarşıdurma nəticəsində polis avtomobilinə və hesin tikinti işlərinin icrasını öhdəliyinə götürən şirkətə məxsus tikinti texnikası yandırılıb. Polislər göz yaşardıcı qazdan və rezin güllələrdən istifadə ediblər. Yerlilər isə hüquqmühafizəçiləri daşlayıblar. Hadisə nəticəsində hüquqmühafizəçilər və eləcə də yerlilər xəsarət alıblar.

Daxili işlər naziri Qiorqi Qaxaria hadisə yerinə gedib. Yerlilərlə nazir arasında baş tutan danışıqlardan sonra o, hesin tikintisinin dayandırıldığını, yerlilərin 90 %-nin layihəni dəstəklədikdən sonra tikintini davam etdirəcəklərini açıqlayıb. Yerlilər isə bildirirlər ki, dərədə hesin tikintisinə yol verməyəcəklər. Çünki bu ekaloji cəhətdən çox təhlükəlidir.

NSA.GE