İctimai nəqliyyatda mahnıya qulaq asmaq qadağan edilsin- Təklif

Manshet Cəmiyyət

Tbilisi merinin rəsmi səhifəsində şəhərin inkişafı haqqında vətəndaşların ideyasının qəbulu davam edir.

Nsa.ge bildirir ki, saytda 69 icra olunan, 334 ləğv edilən, 860 baş tutmayan ideya qeydə alınıb.

19 ideya isə nəzərdən keçirilir. Bunlardan 3 – nə razılıq əldə olunub 1- nə isə etiraz edilib.

Bu ideyalar arasında maraqlı olanlardan biri ictimai nəqliyyat vasitələrində yüksək səslə musiqi və radio dinləməyin qadağan olunması ilə bağlıdır.

Vətəndaşlar qeyd edir ki, musiqi dinləmək istəyənlər öz qulaqcıqlarından istifadə etsinlər: Qeyd edilir ki, digər vətəndaşların maraqları da nəzərə alınmalıdır.

Bu ideyaya səsvermə 5 iyul tarixinədək davam edəcək.

NSA.GE