İkinci İliya Gürcüstan vətəndaşlarına müraciət edib

Cəmiyyət Manshet

“Ətrafımızda pis hadisələr baş verir, buna görə, sizə xahişlə müraciət etmək istəyirəm ki, diqqətli olun və səhv buraxmayın”.

Nsa.ge 1tv-yə istinadən xəbər verir ki, bunu Gürcüstan patriarxı II İlya Müqəddəs üçlük kilsəsində dini ibadət zamanı deyib.

“Biz çətin bir dövrdə yaşayırıq, ətrafımızda pis hadisələr baş verir, buna görə, sizə müraciət etmək istəyirəm ki, diqqətli olun və səhv buraxmayın. Ümidvarıq ki, Tanrı bizə sülh verəcək. Siz bilirsiniz ki, Tanrı Gürcüstanı xüsusilə qoruyur”, – İkinci İliya qeyd etdi.