İrakli Okruaşvili saxlanıldı

Cəmiyyət Manshet

Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvili saxlanılıb.

Nsa.ge xəbər verir ki, bu haqda Okuraşvilinin vəkili Netgazet-ə bildirib.

O, “Rustavi 2” kanalında yayımlanan “Vanonun şousu” verilişində iştirak edib və teleşirkəti tərk edən Okruaşvili polis tərəfindən saxlanılıb.

Okruaşvili hansı səbəbdən saxlanıldığı hələ ki, məlum deyil. Onun 20-21 iyun hadisələri ilə bağlı saxlanıldığı güman edilir.