İşci çoxmərtəbəli binadan yerə düşərək həyatını itirib

Cəmiyyət

İşçi Tbilisidəki Dolabauri küçəsində tikilən çoxmərtəbəli yeni binadan yerə düşərək həyatını itirib.

Nsa.ge xəbər verir ki, bu barədə Rustavi2 telekanalı məlumat yayıb.

Gürcüstan Daxili İşlər Nazirliyi “insan ölümü ilə nəticələnən dağ-mədən, tikinti və digər işlərin aparılmasında təhlükəsizlik qaydalarının pozulması “maddəsi ilə cinayət işi açıb. Maddə altı aydan iki ilədək ev həbsi ilə cəzalandırılmanı və ya iki ildən beş ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.