İşğal olunmuş ərazilərdə yaşayan abituriyentlər üçün yeni imkan

Cəmiyyət

Gürcüstanın işğal olunmuş ərazilərdə yaşayan abituriyentlər üçün məktəbdən sonra hazırlıq proqramı fəaliyyətə başlayacaq.

Nsa.ge bildirir ki, bunu Barış və Mülki Bərabərlik məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili Tbilisi Dövlət Universitetində abituriyentlərlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, proqram işğal olunmuş ərazilərdə yaşayan gənclərə ali təhsilin təklifini nəzərdə tutur:

“Abituriyentlər hazırlığı Tbilisi Dövlət Universiteti və Şota Mesxiya adına Zuqdidi Universitetində keçəcək. Proqramın pilot versiyası 3 aylıqdır. Abituriyentlər hazırlığı intensiv rejimdə alacaq, hazırlığı başa çatdırdıqdan sonra isə 2 imtahan verəcəklər. Milli imtahanlara daxil olmadan istədikləri universiteti seçəcəklər. Elə cari ilin sentyabrından hazırlığın tam 1 illik kursu da fəaliyyətə başlayacaq”.

Qeyd edilib ki, cari il proqramdan işğal olunmuş Abxaziya və Sxinvalidən 142 abituriyent qeydiyyatdan keçib.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir