Kəskin hava şəraiti Gürcüstanda fəsadlar törədib – FOTO

Manshet Cəmiyyət

Kəskin hava şəraiti Gürcüstanın Ambrolauri rayonunda ciddi problemlər yaradıb.

Nsa.ge-nin məlumatına görə, güclü külək, yağış və dolu nəticəsində rayon mərkəzində bir neçə yaşayış binasının və 200-ə yaxın şəxsi evin dam örtüyü dağılıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Ağacların aşması nəticəsində mərkəzi yollarda avtomobillərin hərəkəti dayandırılıb.

Rayon rəhbərliyi təbiət hadisəsindən zərər çəkən sakinləri müvəqqəti yaşayış yerləri ilə təmin edəcək.

Təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür. İlkin hesablamalara görə, Ambrolauri rayonuna dəyən zərər yarım milyon lari təşkil edir. 

Mənbə: Report