Karelidə ər həyat yoldaşını yaraladı, həmkəndlisini öldürdü

Cəmiyyət Manshet

Gürcüstanın Karelian bələdiyyəsinin Ağara kəndində ər qısqanclıq ucbatından həmkəndlisini öldürüb, həyat yoldaşını isə yaralayıb.

Nsa.ge Gürcüstanın ictimai kanalına istinadən xəbər verir ki, cinayəti törədən şəxs soyuq silahdan istifadə edib.

Yaralı qadını Ağar-Kareli xəstəxanasına yerləşdiriblər.

Təqsirləndirilən şəxs axtarışa verilib.

Faktla bağlı istintaq başlanılıb. İstintaq “qəsdən adam öldürmə” maddəsi ilə aparılır. Maddə 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.