Kaxetidə təbii fəlakətlə bağlı xüsusi qərargah yaradılıb

Cəmiyyət Manshet

Gürcüstanın Kaxeti bölgəsində güclü yağış və çay daşqınlarının yaratdığı fəsadların aradan qaldırılması məqsədilə xüsusi qərargah yaradılıb.

Nsa.ge xəbər verir ki, bunu ölkənin baş naziri Mamuka Baxtadze bildirib.

O deyib ki, yaz mövsümü təbii fəlakətlərlə xarakterizə olunur: “Fəsadların aradan qaldırılması üçün bütün aidiyyatı qurumlar səfərbər olunub. Bununla bağlı xüsusi işçi qrup və qərargah yaradılıb və müvafiq texnikalar da cəlb olunub. Təbii fəlakətn nəticələrinin aradan qaldırılmasına nail olacağıq”.

Qeyd edək ki, son günlər Kaxeti bölgəsində davam edən aramsız yağışlar çayların məcrasından çıxmasına səbəb olub. Nəticədə bir neçə kəndi, kəndlərarası və magistral yolları su basıb, üzüm sahələrinə ciddi ziyan dəyib. 

NSA.GE
Mənbə: Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + fourteen =