Kazbegi rayonunda iki Ermənistan vətəndaşı döyülüb

Cəmiyyət

Kazbegi rayonunda Ermənistan vətəndaşı olan iki sürücü döyülüb.

Nsa.ge xəbər verir ki, Stepansminda-Zemo Lars istiqamətində hərəkət edən sürücülər Rusiyadan Ermənistana taxıl daşıyıblar.

Onlardan birində sınıq xəsarətləri yarandığı qeyd olunub. İnsidentin məişət zəminində baş verdiyi bildirilir. 

Ermənistanın Gürcüstandakı səfirliyi faktla bağlı Gürcüstan Daxili və Xarici İşlər nazirliklərinə müraciət edib.