Kobuleti-Batumi yolunda baş verən qəzada ağır yaralanan 6 yaşlı uşaq həyatını itirdi – FOTO

Cəmiyyət Manshet

Kobuleti yaxınlığındakı qəzada yaralanan 6 yaşlı uşaq bu gün xəstəxanada dünyasını dəyişib.

Nsa.ge xəbər verir ki, bu barədə Acara televiziyası xəbər yayıb.

Dünən baş verən qəzada Evli cütlükdən olan uşaqlar – qardaşı və bacısı, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Kobuleti klinikasından, ana və uşaq Batumiyə Mərkəzi xəstəxanaya köçürüldü, yeniyetmənin vəziyyətdə kritik olduğundan həkimlər onun həyatını qurtara bilməyiblər.

Onun bacısı hazırda İaşvili Tiflis Uşaq Klinik Xəstəxanasında müalicəyə davam edir. Həkimlər uşaqın sağlamlığını sabit olduğunu bildiriblər.

Qəzada yaralanan 9 nəfər Kobuleti xəstaxanasında müalicəni davam etdirir. Yaralılardan yeddisi Polşa, ikisi isə Gürcüstan vətəndaşdır.

Qeyd edək ki, 13 İyul axşam saatlarında Kobuleti-Batumi yolunda üç Minivan markalı avtomobilin toqquşması nəticəsində 13 nəfər zərər çəkib, onların əksəriyyəti xarici turistlərdir. İki sərnişin – Səudiyyə Ərəbistanından olan yoldaşlar ölümcül yaralanıblar.

Faktla bağlı istintaq aparılır. İstintaq Gürcüstanın cinayət məcəlləsinin “İki və ya daha çox insanın ölümü ilə nəticələnən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması” maddəsi ilə aparılır. Maddə 6 ildən 10 il dək azadlıqdan məhrum etmə cəzasını və üç ilədək sürücülüyü vəsiqəsini itirməyi nəzərdə tutur.