Kutaisi şəhərində Gürcüstan Bankı-nın filialında yanğın baş verib

Cəmiyyət

Kutaisi şəhərinin Müqəddəs Nino küçəsində yerləşən “Gürcüstan Bankı”nın filialında yanğın baş verib.

Nsa.ge xəbər verir ki, bankın əməkdaşları təxliyyə olunublar.

Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının söndürülməsinə üç yanğınsöndürmə briqadası cəlb olunub. Hadisənin başvermə səbəbi hələlik məlum deyil.