Kutaisi şəhərində ictimai məktəbdə yanğın baş verib

Cəmiyyət Manshet

Gürcüstanın Kutaisi şəhərində 3 saylı ictimai məktəbdə yanğın baş verib.

Nsa.ge xəbər verir ki, yanğın məktəbin dam örtüyü və idman zalında qeydə alınıb.

Hadisə yerinə 7 yanğınsöndürən maşın cəlb olunub. Yanğının söndürülməsi işləri davam etdirilir.

Məktəbdə tədris prosesi başa çatdığından hadisə zamanı xəsarət alan olmayıb.