Kvemo-Kartlidə narkotik satan şəxslər tutulub

Cəmiyyət

Gürcüstanın Kvemo-Kartli bölgəsində iki narkotik alverçisi saxlanılıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polis İdarəsinin direktoru Mamuka Çelidze keçirdiyi brifinqdə məlumat verib.

Bildirilib ki, aparılan araşdırmalar zamanı saxlanılan şəxslərin sistemli şəkildə narkotik maddələrin satışı ilə məşğul olması müəyyən edilib. 

“Kvemo-Kartli polisinin həyata keçirdiyi operativ  əməliyyatlar nəticəsində əvvəllər də məhkumluğu olan 2 narkotik alverçisi saxlanılıb. Araşdırmalar zamanı onların sistemli şəkildə narkotik maddələrin satışı ilə məşğul olduqları müəyyən edilib. Polis sübut olaraq onların satdığı narkotik maddələri ələ keçirib.”, – deyə  Mamuka Chelidze bildirib.