Liberti bankda soyğun zamanı 2 nəfər yaralanıb

Manshet Cəmiyyət

Tbilisidə Varketili 3-cü mikrorayonun Suxişvili küçəsində “ Liberti bank”-ın filialı soyulub.

Nsa.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb/

Nazirliyik bildirib ki? soyğunçular 2000 min lari məbləğində pul oğurlayıb.

Qeyd edək ki, hazırda soyğunçuları həbs etmək üçün intensiv tədbirlər görülür.

Belə ki, istintaq Gürcüstanın cinayət məcəlləsinin 179-cu maddəsi
(soyğun maddəsi) ilə aparılır.

Məlumata əsasən, xəsarət alan 2 nəfər təcili tibbi yardımla xəstəxanaya aparılıb

Zərərçəkənlər “ Amtel Hospital”-a yerləşdiriliblər. Xəstəxanadan onların vəziyyəti ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, Liberti bank rəsmi olaraq soyğun hadisənin baş vediyini təsdiqləyib, lakin qeyd edilən məbləğin mənimsənilməsi ilə bağlı konkret məlumat verməyib. Bank bildirib ki, bununla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir