Məhkəmə Gürcüstanın sabiq müdafiə nazirini həbsdə saxlayıb

Manshet Cəmiyyət

Tbilisi Şəhər Məhkəməsində sabiq müdafiə naziri, müxalif “Qalib Gürcüstan” hərəkatının lideri İrakli Okruaşvilinin işi ilə bağlı iclas keçirilib.

Nsa.ge report-a istinadən xəbər verir ki, İ.Okruaşvili məhkəmə prosesində iştirak etməyib.

Müxalif siyasətçinin vəkili müdafiə etdiyi şəxsin 500 min lari girov müqabilində azaldığıa buraxılmasını tələb edib.

Prokuror İ.Okruaşvilinin azadlığa buraxılmasına qarşı çıxıb.

Məhkəmənin qərarı ilə sabiq müdafiə naziri həbsdə saxlanılıb.

Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsində iyulun 27-də keçmiş nazirə qarşı həbs qətimkan tədbiri seçilib. O, məhkəmənin qərarı ilə iki ay müddətinə həbs olunub.

Tbilisi Apellyasiya Məhkəməsi iyulun 31-də İ.Okruaşvilinin həbsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Müxalif siyasətçi iyunun 20-21-də Tbilisidə baş verən hadisələr zamanı kütləvi zorakılığın təşkili, ona rəhbərlik və iştirak etməkdə ittiham olunur. Günahı sübuta yetiriləcəyi təqdirdə, onu dörd ildən doqquz ilədək həbs cəzası gözləyir.