Məktəb müəllimi intihar edib

Manshet Cəmiyyət

Adıgenin kəndlərindən birində təsviri incəsənət müəllimi eyvanda özünü asaraq intihar edib.

Nsa.ge xəbər verir ki, 52 yaşlı kişinin meyidini onun övladı görüb.

Qeyd edək ki, onun 3 övladı var.

Belə ki, kənd əhalisinin dediyinə görə, ailənin maddi problemləri olub. Lakin onun intiharının maddi vəziyyətlə əlaqəsi olub olmadığı məlum deyil.

“ Məktəbdə işləyirdi, təsviri incəsənət müəllimi idi. Çox kasıb deyildilər. Özü, həyat yoldaşı və övladı da işləyirdi. Onun cansız bədənini 17-18 yaşlı övladı görüb”- həmkəndliləri qeyd edir.

DİN- dən verilən məlumata görə, hadisə ilə bağlı istintaq cinayət məcəlləsinin 115 maddəsi ilə aparılır.

NSA.GE