Məktəb yaxınlığında basdırılmış cəsəd tapılıb

Cəmiyyət Manshet

Kutaisi şəhərinin sakinləri 29 saylı məktəbin yaxınlığında ölmüş kişinin cəsədini tapıblar.

Nsa.ge xəbər vürir ki, bu barədə Rustavi2 telekanalı məlumat yayıb.

Məktəb yaxınlıqında yaşayan Kutaisi sakinləri, xoşagəlməz qoxunun hardan gəldiyinə baxmaq üçün getdiklərində ölmüş kişinin cəsədini tapıblar.

Şahidlərin sözlərinə görə, cəsəd basdırılmışdı, lakin itlər tərəfindən qazılaraq üzə çıxarılmışdır. Sakinlər ölüyü görəndə dərhal polisi çağırırıblar.

Adamın şəxsiyyəti hələ müəyyənləşdirilməyib.

Faktla bağlı istintaqa başlanılıb.