Magti şirkəti Beeline-ı satın alır? –Rəsmi

Cəmiyyət Manshet

Magticom şirkətinin Beeline mobil provayderini  satın alması ilə bağlı məlumatlar yayılıb.

Nsa.ge bildirir ki, məsələ ilə bağlı şirkət açıqlama yayıb.

Şirkətin məlumatında  bu informasiyaları təkzib edib və hazırda belə planları olmadığını bildirib.

Qeyd olunur ki, bununla əlaqəli məlumat həqiqətlərə cavab vermir və şirkət bu məlumatla bağlı heç bir maraq daşımır:

Şirkətdən bildirilib ki,  bu yalan informasiya Beeline-nın mobil bazarda qiymətinin artırılması məqsədinə xidmət edə bilər.

Xatırladaq ki, mobil proveyderin satın alınması ilə bağlı ötən ildən məlumatlar yayımlanmağa başlayıb. Qeyd edilir ki, şirkət bazardan çıxmağı qərarlaşdırıb və hissələri satılır. Lakin şirkət açıqlamasında qeyd etmişdi ki, belə bir addım atmağa niyyətləri yoxdur.

NSA.GE