Malxaz Maçalikaşvili 20 gün öncə çadırına atılan məktubu oxudu

Cəmiyyət Manshet

Malxaz Maçalikaşvili 20 gün öncə Tbilisdə çadırına məktub atıldıqını açıqladı.

Nsa.ge xəbər verir ki, onun qeyd etdiyinə görə, məktubda ona təxribat yaratmaq istəyirlər.

Belə ki, o, çadırına atılan məktubu açıqlayıb:

“ Layiqli olsaydın övladının qatilini cəzalandırardın”- Xüsusi təyinatlının kimliyini dedilər o öldürüb övladını” dedilər. Bu barədə Maçalikaşvili açıqlama verib. Qeyd olunan addımla mənə təxribat yaratmaq istəyirlər ki, hər hansı bir qanun pozuntusu edim.

M. Maçalikaşvilinin bildirdiyinə görə DTX guya indi Qoqaşvilini qoruyur ancaq o artıq danışıb.

“Dua etmək üçün səhər tez oyanıram. Sonra çay içirəm. Təxminən 20 gün öncə çay içmək üçün çıxmışdım. Çadıra tullanmış “ salfetka” gördüm. Qırmızı rəng güllə çəkilmişdi, açdım və oxudum “ Düşünürlər ki siz layiqli insansız lakin bunun 1% də deyilsiniz. Layiqli insan olsaydınız tapançanı gətürüb övladınızın qatilini öldürərdiniz”.

“Bu məktubun bir hissəsi idi. İlk gündən məni özümnən çıxarmağa çalışırdılar ki, təxribata qurban gedim. Xüsusi təyinatlının adını çatdırdılar mənə və övladının qatili odur dedilər. Bundan öncə Qoqaşvilinin həyat yoldaşı danışdı, mənim yoldaşım yox. Filan şəxs günahkardır deyir. Bunlar indi bir- birlərini günahlandırmağa başlayıblar. Zənnimcə Qoqaşvilisə artıq sakitliyini pozub və buna görə də DTX guya Qoqaşvilini qorumağa başlayıb”

NSA.GE